Heyvanların əsas müdafiə üsullarından biri kamuflyajdır. Zebrlərin zolaqları da kamuflyaj funksiyası yerinə yetirərək düşmənlərindən gizlənmələrini təmin edir. Zebrlər savannalarda yaşayırlar. Bu ərazidəki hündür otların içərisində onları ayırd etmək çətin olur, çünki zolaqlar otların kölgəsi kimi görünərək heyvanın aydın seçilməsinə mane olur.
Zebrlər birlikdə dayandığı zaman bu zolaqlara görə yırtıcı heyvanlar sürünü bütöv görür, buna görə də ovlamaq istədikləri heyvanı ayırd etməkdə çətinlik çəkirlər. Beləliklə, zebrlər düşmənlərindən qorunurlar.
Həmçinin bu ağ-qara zolaqlar zebrləri qansoran və xəstəlik daşıyan ağcaqanadlardan qoruyur. Alimlər bu ağcaqanadların üfüqi xətt üzrə düşən işıqdan təsirləndiyini müəyyən ediblər. Ağcaqanadlar suyun üzərində olan yarpaqlara sürfə qoyurlar. Sudan əks olunan üfüqi işıqlar ağcaqanadı su yerinə, yaprağa yönləndirir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, ağcaqanad zebrin zolaqlarını bu işıqlara bənzədərək su olduğunu düşünür və zebrə yaxınlaşmır.
Zebr zolaqlarının başqa bir xüsusiyyəti də tanınmalarını təmin etməsidir. Hər bir insanın barmaq izi fərqli olduğu kimi, zebrlərin zolaqları da bir-birindən fərqlidir. Zebrlər bir-birini, eləcə də balalar analarıını özünəməxsus zolaqlarından və qoxularından tanıyırlar.
Canlıların sahib olduğu mükəmməl sistemlərin təsadüfən meydana gəldiyi iddia edilə bilməz. Hər bir canlını yaşadığı mühitə ən uyğun xüsusiyyətləri ilə birlikdə yaradan aləmlərin Rəbbi Allah’dır.
… Dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və qara cığırlar yaratdıq. İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allah’dan Öz qulları arasında ancaq alim olanlar qorxarlar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır. (Fatir surəsi, 27-28)