Tısbağaların çanağı hansı funksiyaları yerinə yetirir?

Tısbağalar qış yuxusuna getdiyi zaman ürək döyüntüsü və tənəffüs kimi həyati funksiyaları yavaşıyır. Lakin onlarda qış yuxusuna gedən digər canlılar kimi piy ehtiyatı yoxdur. Tısbağanın çanağı kalsium anbarı funksiyası yerinə yetirir. Bu kalsium ehtiyatı tısbağanın qanındakı elektrolit sıxlığının və turşu-əsas tarazlığının qorunmasını və beləliklə də, qış yuxusu zamanı həyati fəaliyyətlərini davam etdirməsini təmin edir. 
Tısbağalar yavaş hərəkət etdikləri üçün digər canlılar tərəfindən asanlıqda ovlana bilərlər. Lakin bu canlılar möhkəm çanağa sahibdirlər. Tısbağa qorxduğu zaman baş, ayaq və quyruğunu çanağın içinə çəkir və özünü təhlükədən qoruyur. 
Suda yaşayan tısbağaların çanağının üzərində olan xətt eynilə qayıqlarda olduğu kimi müvazinətin qorunmasını təmin edir. Həmçinin tısbağa tərs çevrildikdə yenidən düzəlməsinə kömək edir. Çünki bu canlıların ən həssas bölgəsi qarın nahiyəsidir. Əgər bu tarazlıq nöqtəsi olmasaydı, tısbağa tərs çevrildikdə günvurmadan ölə bilərdi.
Çanağın digər funksiyası isə temperaturun tənzimlənməsini təmin etməkdir. Tısbağa soyuqqanlı heyvan olduğu üçün bədənini isitməyə ehtiyac duyur. Bu qoruyucu zireh temperaturu tənzimləyir və canlının isinməsini təmin edir.
Allah bu canlını həyatını asanlıqla davam etdirməsi üçün lazım olan xüsusiyyətlərlə birlikdə yaratmışdır. Allah bir ayədə belə buyurur:
Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və (Allah’ın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 3-4)