Düşünmə bacarığı insana dünyada verilən ən böyük nemətlərdən biridir.Çünki insan ancaq düşünərək Allah’ın sonsuz gücünün,kainatdakı qüsursuz yaradılışın fərqinə vara bilər.
Ancaq düşünən insanlar dünyadakı hər şeyin hikmətlə yaradıldığını, ölümün yaxın olduğunu və dünya həyatında yerinə yetirməli olduqları məsuliyyətlərini qavrayırlar. Quranda bir çox ayədə ancaq düşünən insanların öyüd ala biləcəyi, Allah’ın varlığının dəlillərini görə biləcəyi bildirilmişdir.Rəbbimiz ‘Sad’ surəsinin 29-cu ayəsində Quranın göndərilmə məqsədinin insanların ayələr üzərində düşünmək olduğunu bildirmişdir:
Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik. (Sad surəsi, 29)
Ancaq insanların çoxu düşünməyi çətinlik olaraq görür. Hətta bu insanlar düşünməyin həyatlarına zərər verəcəyinə inanırlar.Bu anlayışa görə “ən böyük zərər” insanlara dünya həyatındakı məsuliyyətlərini xatırlatmaq, içində olduqları qəflət halından onları çıxarmaqdır.
Bu insanlar özləri düşünməkdən çəkindikləri kimi, başqalarının xatırlatmalarından da qaçırlar. Allah’a iman etmələri, O’nun rizası üçün yaşamaları və Quran ayələri üzərində düşünmələri üçün edilən çağırışlardan üz çevirirlər.
Ancaq dünyadakı hər şey və hər varlıq bir məqsədlə yaradılmışdır.Allah kainatdakı hər təfərrüatı insanların üzərində düşünməsi üçün yaratmışdır. Allah Quran ayələrində yeri, göyü və ikisi arasındakıları kimin daha gözəl davrandığını sınamaq üçün yaratdığını bildirmişdir. İnsan qısa dünya həyatı boyunca etdikləri ilə imtahan olunur.Özünü yaradan və ölümündən sonra yenidən dirildib hesaba çəkəcək olan Allah’a qarşı böyük məsuliyyəti var.Quranı oxumaq, dinləmək, ayələr üzərində düşünmək və anlayıb tətbiq etmək hər insanın ən vacib məsuliyyətlərindən biridir.Allah bu gerçəyə bir Quran ayəsində belə diqqət çəkmişdir.
Məgər kafirlər bu söz haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi? (Muminin surəsi, 68)
Düşünən insan kainatdakı bu qədər incə nizamın və qüsursuz yaradılış nümunələrinin təsadüfən meydana gəlməyəcəyinə, var olan hər şeyin bir Yaradıcısı olduğuna qənaət gətirəcək.Ətrafındakı yaradılış möcüzələrini dərintəfəkkür etdikcə Allah’ın varlığının dəlillərini, O’nun yaratdığı hadisələrdəki hikmətləri görərək Allah’a təslim olacaq və sadəcə O’nun rizasını qazanmaq üçün yaşayacaqdır. Bu həqiqətin fərqində olan şeytan insanların qəflət içində yaşamalarını, Allah’ın ayələrindən uzaq durmalarını, bunun üçün də düşünməmələrini istəyir. Allah şeytanın bu hədəfini bir ayədə belə bildirir:
İblis dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam.Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən” (Əraf surəsi, 16-17)