Pinqvinlərin bənzərsiz fədakarlığı

Ana pinqvin yumurta qoyduqdan qısa bir müddət sonra qış öz sərt üzünü göstərir. Bu vaxt ana pinqvin yumurtanı erkək pinqvinə verərək qida axtarmaq üçün dənizə qayıdır. Erkək pinqvin isə yumurtanı donmaqdan qorumaq üçün ayaqlarının üstündə daşıyır. Onun qalın tükləri yumurtanı soyuqdan qoruyur. 
Bu, olduqca çətin bir dövrdür. Çünki erkək pinqvin yerindən tərpənmədiyi üçün qidalana bilmir. 
Yaz aylarında pinqvin balaları dünyaya gəlir. Onları soyuqdan qoruyan piy qatı hələ formalaşmadığı üçün bir müddət erkək pinqvinin ayaqlarının üstündə qalmağa davam edirlər. Balanın ilk qidası ata pinqvinin onun üçün qursağında saxladığı süddür. Erkək pinqvin 4 ay boyunca ac qalsa da, fədakarlıq göstərərək qursağındakı qidanı yeməyib balası üçün saxlamışdır. 
Həmin vaxtlarda ana pinqvinlər dənizdən sahilə qayıdırlar. Onlar bu 4 ay müddətində ovlanaraq yumurtadan çıxan balalar üçün qursaqlarında qida toplamışlar. Ana pinqvinlər gələn kimi erkək pinqvinlər qida tapmaq üçün dənizə qayıdırlar. 
Pinqvinin 4 ay balası üçün aclığa və soyuğa tab gətirməsi əsla təkamül nəzəriyyəsi ilə açıqlana bilməz. Bəs bu canlılara belə böyük bir fədakarlığı ilham edən kimdir? 
Burada açıq bir həqiqət vardır. Pinqvini Allah yaratmışdır. Balaları üçün göstərdikləri bənzərsiz fədakarlığı bütün pinqvinlərə Allah ilham edir.
Heç yaradan da yaratmayan kimi ola bilərmi? Məgər düşünmürsünüz? (Nəhl surəsi, 17)