Lider hüceyrələrin təmir qabiliyyəti

Hər kəs həyatı boyunca kiçik-böyük xəsarətlər alıb və bəzən bu yaraların kiçik izləri də bədənimizdə qalır. Ən incə təfərrüatına qədər hər kəs yaralanma hadisəsinin necə olduğunu danışa bilər. Ancaq sağlam olan heç kəsin ağlında sağalmayan yara xatirəsi qalmayıb, çünki bədənimiz öz-özünü təmir edən mükəmməl sistemə sahibdir.

Elm adamları uzun illərdir ki, insan bədənindəki mükəmməl təmir mexanizmini araşdırırlar. Xüsusilə də, yaralanmadan sonra digər hüceyrələrin necə təşkil olduqları və o bölgəyə kütləvi halda necə getdikləri açıqlana bilmirdi. Arizona Universitetindəki tədqiqatçılar yaranın sağalması üçün hüceyrələrin möcüzəvi şəkildə əlaqə qurduqlarını kəşf etdilər.

Universitetdə aparılan araşdırma nəticəsində yaraların sağalması uğrunda hüceyrələrin yeni toxumalar və ya orqanlar yaratmaq üçün kütləvi köç etməsinin səbəbləri və bunun necə təşkil edildiyi kəşf edildi. İşə rəhbərlik edən Pak Kin Vonqa (Pak Kin Wong) görə, hüceyrələrin köç etdikləri elmə məlum idi, ancaq bu prosesin necə baş verdiyi bilmirdi. Bu proses hüceyrələrin bir-birinə tətbiq etdiyi biokimyəvi reaksiya və siqnallar nəticəsində baş verir. İndiyə qədər bilinirdir ki, yaralanan sahədəki mexaniki təsir aradan qalxdıqdan və zədələnmiş hissə təmizləndikdən sonra orada boşluq meydana gəlir və DLL4 adlı zülal sayəsində ətrafdakı hüceyrələr oraya köç edir və yeni toxuma meydana gəlir. Yeni kəşf edilib ki, bəzi hüceyrələr bu əməliyyatda lider rolunu üzərinə götürür və digərləri də onları təqib edir.

Bu hadisənin möcüzəvi tərəfi təkcə düşünmə qabiliyyəti olmayan hüceyrənin liderlik etməsi ilə məhdudlaşmır, eyni zamanda lider hüceyrələrin istifadə etdikləri üsullar və digər hüceyrələrin onları müşahidə etməsi bir o qədər diqqətçəkicidir...

Vonqun qrupunun müşahidələrinə görə, lider hüceyrələrin digər hüceyrələrdən elə də fərqi yoxdur, yalnız ehtiyac olduğu üçün liderlik vəzifəsini üzərlərinə götürülər. Digər hüceyrələrin köç etməsini təmin edən DLL4 zülalının məlumatını daşıyan mesajcı RNT-ləri istehsal edirlər. Lider hüceyrələr istehsal etdikləri bu mesajcı RNT-ləri onları təqib edən hüceyrələrə göndərirlər. Yeni toxuma, ya da orqan təmir edilənə qədər bu əməliyyat davam edir.

Toxuma yeniləmə prosesindəki üsul xərçəng hüceyrələri arasında müşahidə edilən əlaqə növüdür

Bəzi lider xərçəng hüceyrələri bənzər üsulla digər xərçəng hüceyrələrinin sağlam toxumalara köç etməsini təmin edir. Elm adamları lider hüceyrələrin və DLL4 zülalının varlığından bir neçə ildir ki, xəbərdardırlar. Ancaq lider hüceyrələrin necə meydana gəldiyi, davranışlarına necə nəzarət edildiyi və genetik olaraq etdikləri əməliyyatlar bilinmirdi.

Tədqiqatçılar konfokal mikroskopu (üç ölçülü görüntülərlə hüceyrədaxili prosesləri aşkar edən mikroskop növü) ilə insanların döş xərçəngi hüceyrələrindəki və siçanların epitel hüceyrələrindəki lider hüceyrələrin meydana gəlməsini araşdırdılar. Lider hüceyrələri dərman, lazer və digər zərərli maddələrə məruz qoyaraq onların necə reaksiya verdiklərini müşahidə etdilər. Lider hüceyrə lazerlə parçalandıqdan sonra dərhal yaxınındakı başqa hüceyrə liderlik vəzifəsini boynuna götürür və onu müşahidə edən hüceyrələr quşların V şəklində uçmaları və ya qarışqaların koloniyalarını izləmələri kimi yeni liderin arxasınca gedirlər. Bu mükəmməl təşkilatlanma toxuma təmir edilənə qədər davam edir. Şübhəsiz ki, bədənimizdəki bu əməliyyatları idarə edən hüceyrələrin liderlik vəzifəsini öhdələrinə götürmək üçün şüura sahib deyillər. İnsanların bir çoxu belə bu mexanizmin varlığından xəbərsiz yaşayır.

Kainatda var olan canlı-cansız bütün varlıqlar kimi bədənimizdəki bütün strukturlar və sistemlər də Allahın əmri ilə hərəkət edirlər. Bütün canlıların bədənlərində – orqanlarından hüceyrələrinə, zülallarından molekullarına qədər hər zərrəsindəki ağıl Allahın yaratmasının əsəridir. Ayədə belə buyurulur:

“O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir” (Həşr surəsi, 24)

Tədqiqatçılar hüceyrələrin təmir etmə xüsusiyyətinə əsaslanaraq sağalmayan yaralı toxumaların bərpası  üçün üsullar tapmağı, ya da xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan dərmanlar istehsal etməyi hədəfləyirlər. Bu da unudulmamalıdır ki, elm adamları bu prosesin sirlərini hələ indi açmağa çalışır, ancaq hər birimiz dünyaya gələndən bəri daxilimizdə bu sistem mükəmməl şəkildə işləyir.

Yaralanma baş verdikdən sonra bədəndə baş verənlər

1. Qanın laxtalanması

Qanda və toxumalarda laxtalanmanın meydana gətirən 40-dan çox maddə var. Bunların bir qismi laxtalanmanı başladır, bir qismi sürətləndirir, bir qismi də laxtalanmanı dayandırır. Qanın laxtalanması laxtalanmanı sürətləndirən amillər və laxtalanmanın qarşısını alan amillər arasındakı tarazlıqdan asılıdır. Normal şərtlərdə laxtalanmanın qarşısını alan amillər onu sürətləndirənlərdən daha çox olur. Beləliklə, bədəndə nəzarətsiz laxtalanma prosesi baş vermir. Sürətləndirici amil ancaq damar zədələndiyi zaman qarşısını alan amildən daha çox olur.

Damar zədələndikdə bədəndə olduqca intensiv hərəkətlənmə başlayır. Bir neçə saniyə ərzində bədəndəki bütün sinirlər və təmir sistemləri xəbərdar edilir. Laxtalanma mexanizmləri itirilən qan miqdarını azaldır. Yaranın olduğu yerdə ifraz olunan kimyəvi maddələr hər hansı infeksiyaya qarşı ağ qan hüceyrələrini hərəkətə keçirir. Əgər yara çox böyükdürsə, həyəcan siqnalı verən beyin və daxili sekresiya vəzləri qana kimyəvi maddə və hormon ordusu ifraz edərək pozulan bədən fəaliyyətlərini tənzimləməyə çalışır. Bu, Uca Allahın bədənimizdə yaratdığı möhtəşəm nəzarət mexanizmidir.

2. Şüur itkisinin qarşısının alınması üçün 30 saniyə...

Ağır yaralanmalarda əsaslı tədbirlər alınmalı və açılan yarada laxtalanma əməliyyatı dərhal başladılmalıdır. Bunu təmin etmək üçün yüksək sürətli əlaqə sisteminin olması vacibdir. Sinirlərin yaralanmanın vəziyyəti (sınırlar) haqqında beynə məlumat göndərməsinin ardından sadəcə 50 millisaniyə keçir. Bu, həqiqətən də, heyranlıq oyandıran sürətdir. İnsan, bəlkə də, bədənində yara olduğunun fərqində deyil.

Əgər qanama dayandırılmasa, bədəndəki qan təzyiqinin düşməsi və maye miqdarının azalması başda beyin olmaq üzrə bütün bədən orqanlarına zərər verəcək. Qan itkisi səbəbindən beyin funksiyaları dayandıqda əvvəl huşunu itirmə, təxminən 30 saniyə içində də şüur itkisi meydana gəlir. Ardından normal qan təzyiqi ilə işləyə bilən böyrəklər qan təzyiqinin düşməsi nəticəsində funksiyalarını yerinə yetirə bilmir. Məhz bu səbəbdən qanamanın dərhal dayanması çox əhəmiyyətlidir.

İlk tədbirlər isə həyati əhəmiyyət daşıyır. Damar kəsildikdən sonra növbəti iki saniyə ərzində damarın divarı ani spazma ilə, yəni refleks hərəkətlə sıxılır. Qalın divarlara sahib olan arteriya isə başqa tədbir alır və avtomatik şəkildə bağlanaraq bədənə qan axışını minimuma endirməyə başlayır. Damarda qanama nə qədər çoxdursa, spazma da o qədər çox olur. Sözü gedən refleks hərəkəti 20-30 dəqiqəyə qədər davam edə bilir. Bu tədbirdən sonra trombositlər işə başlayırlar. Qanama çox güclüdürsə, 10-15 saniyə ərzində; qanama güclü deyilsə, 1 və ya 2 dəqiqə ərzində trombosit laxtası meydana gəlir və qan axışı xeyli dayandırılır.

Artıq yara tamamilə bağlanır və bədən funksiyaları əvvəlki kimi davam edir. Bu səbəbdən növbəti mərhələ laxtalanma prosesidir.

3. Möhtəşəm xüsusiyyətlərə sahib şəbəkə

Fibrinogen laxtalanma mexanizminin ən əhəmiyyətli işçilərindəndir və qan plazmasında həll olmuş vəziyyətdədir. Duzun suda əriməsi kimi o da plazmanın içində ərimiş haldadır. Bədəndə hər hansı yara əmələ gələnə qədər olduqca sakit şəkildə dolaşır.

Bədəndə yara meydana gəldikdə “trombin” adlanan başqa zülal fibrinogen zəncirindəki üç halqadan ikisini kəsir. Artıq bu zülal fibrinogen deyil “fibrin”dir və bu mərhələdən sonra aktiv haldadır. Fibrinin kəsilən səthləri yapışqan hissələrə sahibdir. Fibrinlərin bir-birlərinə yapışaraq meydana gətirdikləri bu kütlə qanın axışını dayandırmaq üçün ilk laxtadır. Birinci mərhələdə bu ilk laxtanın yaradılması üçün səy göstərilir. Buradakı məqsəd qanı dayandırmaq, eyni zamanda da ən az zülaldan istifadə edərək təcili yardım göstərmək, yəni zülala qənaət etməkdir.

Bədəndə yaranın açılması ilə birdən hərəkətə keçən trombin qarşısına çıxan bütün fibrinogenlərin zəncir halqalarını kəsməyə başlayır. Lakin trombin bunu yaranın olduğu yerdə və fasiləsiz şəkildə etməlidir. Çünki sərbəst hərəkət etsə, kəsdiyi bütün fibrinlər bir-birlərinə yapışar və qan dövranında nəzarətsiz laxtalar meydana gələr. Ona görə də trombin nəzarət altında saxlanılmalı və lazımi zamanda hərəkətə keçməsi üçün ultimatum almalıdır.

İnsanların əksəriyyəti tibbi təhsil almadıqca bu məlumatlara sahib olmur. Şüursuz bir neçə atom birləşməsindən ibarət olan molekullar isə bunları bilir və milyonlarla ildir ki, bütün insanların bədənində vəzifəsini qüsursuzca yerinə yetirirlər. Şübhəsiz ki, “atom qrupunun” belə şüur göstərməsi Allahın sonsuz qüdrəti və elmi ilə həyata keçir.

“Sizin məbudunuz yalnız Özündən başqa heç bir məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir”. (Ta ha surəsi, 98)