Yumru görünüşə malik olan kirpi balığı çox yavaş hərəkət edir. Dərisi tikanlarla örtülü olur. Kirpi balığı olduqca maraqlı müdafiə metodu ilə düşmənlərindən asanlıqla xilas olur. Düşmənlə qarşılaşdıqda çox sürətlə qarnını su ilə dolduraraq şar kimi şişir. Beləliklə, normal ölçüsündən iki dəfə böyük olur və düşmənləri onu uda bilmir.
Kirpi balığının bəzi növləri isə zəhərli olur. "Tetrodoksin" adlandırılan bu zəhər kirpi balığının bağırsağında yaşayan bakteriyalar tərəfindən istehsal edilir. Əsasən, daxili orqanlarında və bağırsağında daha çox olan bu zəhərli maddə balığın bütün bədəninə yayılmışdır. Zəhərin müəyyən bir qismi əzələlərin içərisinə girərək burada toplanır. Belə ki, kirpi balığını və sürfələrini yemək digər canlılar üçün olduqca təhlükəlidir.
Kirpi balığı həm düşmənlərini uzaqlaşdırmaq üçün xüsusi dizayn edilmiş bədən quruluşuna, həm də bunları lazımi anda istifadə etməyi təmin edən reflekslərə sahibdir. Halbuki ağlı və şüuru olmayan bu canlının öz bədənində belə bir sistem meydana gətirməsi və buna uyğun reflekslər əldə etməsi mümkün deyil. Kirpi balığının bu xüsusiyyətlərlə birlikdə yaradıldığı aydındır.
Bütün təbiətin hakimi olan Allah hər canlıya yaşadığı mühitə uyğun xüsusiyyətlər bəxş etdiyi kimi, kirpi balığına da bu mükəmməl müdafiə silahlarını vermişdir. Bir ayədə belə bildirilir:
O Allah Rəbbinizdir. Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Elə isə yalnız Ona ibadət edin! O, hər şeyə vəkildir. (Ənam surəsi, 102)