Pol Nelson Çikaqo Universitetinin professorudur. Nelson canlı orqanizmlərin şüurlu şəkildə yaradıldığı fikrini dəstəkləyən alimlərdəndir. (William A. Dembski, Mere Creation, Science, Faith & Intelligent Design, s. 462)
Albert Makomp Uinstis (Pr. Albert Macomp Winsthis )
Albert Makomp Uinstis Texas Universitetində doktorluq dissertasiyasını müdafiə etmiş, Peylor Universitetinin biologiya üzrə professoru və Florida Elmlər Akademiyasının rəhbəri olmuşdur.
Elmi tədqiqatlarının onun Allah’a inancının möhkəmləndirdiyindən danışan Uinstis belə deyirdi:
"Mən elmin müxtəlif sahələrində çalışmışam və xeyli illərimi bu yola sərf etmişəm. Səmimiyyətlə bəyan edə bilərəm ki, elmdə mənim Allah’a olan inamımı zəiflədən, onu tərəddüdə sövq edən heç nə ilə qarşılaşmadım. Biliyimiz nə qədər artırsa, Allah`ın yaratdıqlarını nə qədər yaxşı dərk ediriksə, Allah’ın varlığına inamımız da bir o qədər güclənir". (John Clover Monsma, The Evidence Of God In Expanding Universe səh. 204-205)