Hadisələr və insanlar - qan içində ölkə: Suriya

Suriyada Əsəd rejimi bu günə qədər xalqa divan tutmağa davam edir. Bu rejimin öz xalqına qarşı törətdiyi ən şiddətli qətliam isə kimyəvi qazdan istifadə edərək 1300 insanı şəhid etməsidir. Şəhid olan günahsız insanlar içərisində yüzlərlə uşaq vardı.
Bu vəhşilik beynəlxalq arenada tənqid obyektinə çevrilmədi. 2011 - ci ildən başlayaraq günümüzə qədər davam edən qətliamlar qarşısında qərb dünyası öz səssizliyini qorudu.
Müsəlman dövlətlərinin əksəriyyəti isə "mənə toxunmayan ilan min il yaşasın" prinsipi ilə heç nə olmamış kimi yaşamağa davam edir. Vicdanlı bir qismi xaric nə Avropa, nə də müsəlman ölkələri Suriyada baş verən hadisələrlə maraqlanır. Bir zamanlar gündəmə gələn daha sonra isə ləğv edilən "Suriyaya NATO əməliyyatı" məsələnin həlli kimi görünsə də, əslində, çıxış yolu bu deyildi. 
Bu vəziyyətdə zərər çəkən yalnız bir tərəf olacaqdı, o da hər zamankı kimi Suriyanın məzlum xalqı. Çünki bu əməliyyat (Allah qorusun) mütləqdir ki insan tələfatına səbəb olacaq və heç kim bu əliyalın insanların həyatını itirməsinin qarşısını ala bilməyəcək.
Öz ölkələrində ölümə tərk edilən bu insanlar bəs nə etməlidirlər? 
Suriyada qan tökülməsinin qarşısı güc tətbiq edilməklə deyil, əksinə, nəzakətlə və sevgi ilə, yəni Quran əxlaqına uyğun metodla alına bilər.
Hər hansı bir hava zərbəsi endirmək ölkədə dağıntını daha da artırar. Məsələn, barrikadaların bombalanması ilə əhali işıqsız qalar, yolların və körpülərin bombardman olunması insanların təhlükəli ərazilərdən qaçmasına mane olar. Əsəd rejimi bu vəziyyətdə zərər görməz, çünki onların bombalanmadan qorunmaq üçün sığınacaqları çoxdan hazırdır.
Bu da bir həqiqətdir ki, baş verəcək ixtiyari bir hərbi müdaxilə zamanı texniki səhvlər üzündən İraq-Əfqanıstan müharibəsində olduğu kimi çoxlu sayda insan həlak olacaqdır.
Əcnəbi əsgərlərin vətəndaşlarla laqeyd və kinli davranması da istisna deyil.
Əsədin, yəni Suriyada axan qanın qarşısını almağın tək çarəsi bütün İslam dövlətlərinin birləşərək qan tökmədən sülh yolu ilə Suriyanı bu zülmdən xilas etmələridir.
İslam dövlətlərinin əsgərləri ancaq ümumi bir heyət təşkil olunarsa, ortaq bir qərar verə bilərlər.
Bu birləşmiş İslam ordusu fərqli mövqelərdən- quru və dənizdən də Suriyaya daxil ola bilər. Müsəlman əsgərlərinin bu geniş miqyaslı əməliyyatları Suriya ordusunu təslim olmağa məcbur edə bilər.
Suriya xalqı bu şəkildə baş verəcək hər hansı bir müdaxiləyə qarşı çıxmaz. Çünki bura gələn əsgərlər döyüşmək üçün yox, insanları xilas etmək üçün gələcəklər və bu ordu İslam ordusu olduğu üçün xoş qarşılanacaq. 
Ordu xalqa, müxaliflərə, ələvi qardaşlarımıza nusayrilərə qarşı nəzakətli davranacaq, onlar da hər birinin mal və canlarının bu orduya əmanət olduğunun şüurunda olaraq rahat nəfəs alacaqlar.
Suriyada bu qədər qan tökülməsinin yeganə səbəbi müsəlmanların hələ də birlik olmamasıdır. 


“Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər”. (Ənfal surəsi, 73)