Dənizin dərinliklərində yaşayan qeyri-adi canlı – Dəniz kirpisi

Dəniz kirpisi qeyri-adi görünüşə malik onurğasız canlıdır. Bədəni qabıqla örtülməyib, lakin düşmənlərindən müdafiə olunmaq üçün güclü bir silahı var: tikanlar. 
Dəniz kirpisinin tikanları hərəkətlidir, uzunluğu 30 sm-ə çatır. Bəzi növlərinin tikanları isə zəhərli olur. Bədəndən çıxan boru şəkilli ayaqlar elastik və əmici xüsusiyyətə malikdir. Dəniz kirpisi bu ayaqların köməyi ilə asanlıqla qayalara yapışır və dənizin dibində hərəkət edir. Bu borular işığı, istiliyi və sudakı titrəyişləri hiss edir. Dəniz kirpisi axınla sürüklənən planktonları bu əmici borular ilə tutur. Borular həmçinin qəlsəmə funksiyası da yerinə yetirir. Qazlar mübadiləsi və artıq maddələrin bədəndən xaric olunması həmin borular vasitəsilə həyata keçir. 
Dəniz kirpisinin ağzı bədənin alt hissəsində yerləşir. Qayaların üzərindəki yosunları dişləri ilə qaşıyaraq yeyir.
Bu canlıların çoxalma metodu olduqca maraqlıdır. Yan-yana gəldikdə eyni anda dişi yumurtaları, erkək isə spermanı axına tökür .Bu hüceyrələrin sayı milyonlarladır. Yumurtalarla spermalar bir-birinə qarışır. Dişidən gələn genlər erkəyin genləri ilə birləşir. Bu hüceyrələrdəki genlərin sayı yarıya endirilmişdir. Beləliklə, erkək və dişidən gələn genlər birləşdiyi zaman sağlam dəniz kirpisi hüceyrəsi əmələ gəlir. Hüceyrələr birləşdikdə dərhal bölünərək çoxalmağa və ixtisaslaşmağa başlayırlar. Bölünən və ixtisaslaşan hüceyrələr müəyyən müddətdən sonra sürfəyə çevrilir. Dəniz kirpisinin tikana bənzər çıxıntıları, boru şəkilli ayaqları, həzm sistemi və müxtəlif toxumaları sürfə mərhələsində inkişaf etməyə davamedir.
Gördüyünüz dəniz kirpisi fosilinin təqribən 295 milyon il yaşı var. Bu canlı yaradılmış digər bütün canlılar kimi milyonlarla ildir ki, heç bir dəyişikliyə məruz qalmayıb. Bu da təkamül prosesinin həyata keçmədiyini və bütün canlıların Allah tərəfindən yaradıldığını sübut edir. Dəniz kirpisini yaradan və həyatının hər mərhələsini təyin edən sonsuz qüdrət sahibi uca Allahdır.


Əbədi olanancaq Odur. Ondan başqa heç bir tanrı yoxdur. Elə isə dini yalnız Ona məxsus edərək dua edin! Aləmlərin Rəbbi olan Allaha həmd olsun! (Möminsurəsi, 65)