Şimal Qütbü dünyamızın buz fabrikidir... Burada mənfi 50 dərəcəyə çatan soyuq və dondurucu küləklər hökm sürür. Dünyanın bu bölgəsində yaşamaq olduqca çətindir. Belə bir şəraitdə heyvanların sığınacaqları bir yer də yoxdur. Burada hər saniyədə yeni bir buz dağı əmələ gəlir. Bu buz dağları təxminən 30 mərtəbəli bir bina hündürlüyündədir. Bu çətin şəraitə baxmayaraq qütbdə çox zəngin bir canlı aləmi var. Bu filmdə həyatın qeyri-mümkün görünən qütb şəraitində rahatlıqla yaşayan canlıları tanıyacaq, hər biri yaradılış möcüzəsi olan xüsusiyyətlərini izləyəcəksiniz.