Baş vermiş axırzaman əlaməti - 5

Hal-hazırda bir çoxunuzun xəbərsiz olduğu çox önəmli bir həqiqət var: AXIRZAMANDA OLDUĞUMUZ.


Axırzaman dünyanın axırı, zamanın sonu deməkdir. Axırzamanda olduğumuzu bizə bildirən isə Peyğəmbərimizin (səv) düz 1400 il öncədən axırzaman əlamətlərini xəbər verdiyi hədislərdir ki, bunlardan 600-ü artıq möcüzəvi şəkildə, eynilə Peyğəmbərimizin (səv) hədislərdə təsvir etdiyi kimi reallaşıb.


Əlamət 5: Ramazan aylarında günəş tutulmaları

Şüreyqin rəvayət etdiyi hədis belədir: “Hz.Mehdinin zühurundan əvvəl GÜNƏŞ İKİ RAMAZANDA TUTULACAQ”. (Ölüm, Kıyamet ve Diriliş, İmam-ı Şa’rani, Pamuk nəşrləri səh. 457)

Eynilə Peyğəmbərimizin (səv) hədisdə bildirdiyi kimi Hicri tarixi ilə 14-cü əsrin əvvəlində ard-arda iki il Ramazan ayında Günəş tutulub. Özü də bu hadisə Hicri 1401-1402-ci, yəni 1981-1982-ci illərdə və Hicri 1423-1424-cü, yəni 2002-2003-cü illərdə iki dəfə təkrarlanıb.