Bala maralların düşmənlərindən necə qorunduğunu bilirsinizmi?

Maral balaları bir çox digər canlıların balalarına nisbətən gücsüz olur. Doğulduqdan sonra darhal ayağa qalxa bilsə də, daha gec yeriməyə başlayır. Bəs bu canlılar düşmənlərindən necə qorunur?


Sürətli qaçmağı öyrənənə qədər bala marallar üçün ən yaxşı müdafiə üsulu gizlənməkdir. Bu canlılar türklərinin rəngi və naxışları sayəsində sanki görünməz olurlar. Ana maral xallı bala maralı kolluqların arasında gizləyir. Bala maralın qırmızımtıl-qəhvəyi kürkünün üstündəki ağ xallar günəş işığı ilə qarışır. Ana maral uzaqda olduğu zaman isə bala hərəkətsiz uzanaraq gözləyir. Həmin vaxt maral balasının yaxınlığında olur, lakin balaya diqqət çəkməmək üçün yanına çox yaxınlaşmır. 


Bəs bala maral gizlənərək düşmənlərindən qorunmalı olduğunu haradan bilir? Dərisinin rənginin olduğu mühitdəki otlarla uyğunluq təşkil etdiyini və hərəkətsiz qaldığı zaman düşmənlərinin onu görməyəcəyini necə bilir?


Əlbəttə ki, maralın bunları öz-özünə öyrənməsi mümkün deyil. Bunları ona bütün canlıları qoruyan, hər birinə ehtiyacı olan xüsusiyyətləri bəxş edən Uca Allah ilham edir:


Göylərdə və yerdə nə varsa, O’na məxsusdur. O, Ucadır, Böyükdür. (Şura Surəsi, 4)