Qızıl dövr Quran əxlaqının Mehdi vasitəsilə bütün dünyaya hakim olacağı və insanların həqiqi imana qovuşacaqları dövrdür. Bu iki hadisənin çox mühüm olan bəzi maddi nəticələri var: Qızıl dövrdə əmin-amanlıq, təhlükəsizlik və ədalət tam şəkildə təmin ediləcəkdir. Bəşəriyyət iqtisadi çətinliklərdən qurtulacaq, ehtiyac içində olan adam olmayacaq, istəyənə istədiyindən də artığı veriləcəkdir. Həmin dövrə qədər görünməmiş bir bolluq yaşanacaq, məhsullar sayılmadan, çəkilmədən hər istəyənə paylanacaqdır. Bu dövrün diqqəti cəlb edən başqa bir xüsusiyyəti də müharibə və iğtişaşlara son qoyulmasıdır. Əvvəllər düşmən olan xalqlar arasında sülh və əmin-amanlıq yaşanacaq. İnsanlar bu dövrdə texnologiyanın bütün nemətlərindən istədikləri qədər və istədikləri ölçüdə faydalanacaq, texnologiyadakı hər cür tərəqqidən insanların rahatlığı, komfortu, sevinci və xoşbəxtliyi üçün istifadə ediləcəkdir. Təbabətdə, əkinçilikdə, rabitədə, sənaye texnologiyasında və nəqliyyatdakı ixtiralar yeni cığırlar açacaq. İncəsənətdə bir-birindən gözəl əsərlər ortaya çıxacaq, Allaha olan imanın insanlara qazandırdığı geniş üfüq və dərin düşüncə bütün sənət sahələrinə rəhbərlik edəcəkdir. Bir hədisdəki ifadə ilə desək, "insanlar vaxtın necə keçdiyini bilməyəcək, bu gözəlliklərdən daha çox istifadə etmək üçün Allahdan ömürlərinin uzadılmasını istəyəcəklər". İndi qeyd edilən fövqəladə hadisələrin necə həyata keçəcəyini Bu filmdə seyr edəkciniz.