Tarix boyunca insanlara və cəmiyyətlərə saysız dərd-bəla gətirən gizli bir təhlükə var. Bu təhlükə insanları ehtiraslar, zəifliklər və inadlar içində yaşamağa sövq edir. Bəzən bir faşistin sıxılmış yumruğunda, kommunistin oxuduğu bir marşda, bəzən də gənc bir oğlanın sevdiyi qıza yazdığı eşq məktubunda ortaya çıxır. Bu təhlükənin adı romantizmdir. Romantizm dindən kənar olan insanlara və cəmiyyətlərə xas olan bir xüsusiyyətdir. Bu, Şeytanın bəşəriyyəti yoldan çıxarmaq üçün istifadə etdiyi bir silahdır. Ağlın əvəzinə hissləri yaşadır. Öz ağlından yararlana bilməyənlər isə Allahın qüdrətini dərk edə bilməz və Onun yaradılış dəlilləri barədə lazımınca düşünməzlər. "Sad" surəsində buyrulduğu kimi, Allah Quranı "ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ibrət alsınlar deyə" ("Sad" surəsi, 29) nazil edib. İnsanı ağıldan uzaqlaşdıran romantizm onu eyni zamanda dindən də uzaqlaşdırmış olur. Bu filmdə romantizmin yaxın tarixdə və gündəlik həyatda nə qədər böyük əzablara səbəb olduğunu araşdıracağıq. Quranın rəhbərliyi ilə bu təhlükədən uzaqlaşmağın nə qədər asan olduğunu öyrənəcəksiniz.