Göndərildikləri cəmiyyətlər və xalqlar üçün bir lütf olan elçilər insanlara doğru yolu göstərmiş, onların qaranlıqlardan aydınlığa çıxmalarına vasitəçi olmuşdular. Rəbbimiz bəzən elçilərini inkar edənlərin və müşriklərin hiylələrindən qorumaq, bəzən də insanların iman gətirməsinə səbəb olması üçün bəzi peyğəmbərlərinə möcüzələr bəxş etmişdir. Həmin möcüzələr inananların hidayətini və həvəsini artırmış, bir çox insanların da iman gətirməsinə səbəb olmuşdur.
Allahın əxlaqı, davranışı və sözləri ilə insanlara nümunə olan mübarək Peyğəmbərimiz (sav) də -Allahın icazəsi ilə- həyatı boyunca insanlara çoxlu möcüzələr göstərmişdir. Bu möcüzələr iman gətirənlərin imanlarını daha da gücləndirəcək və Allahın Peyğəmbərimizə (sav) göndərdiyi ali kitabı Qurani-Kərimdə daha böyük şövqlə bağlanmalarına vəsilə olan bir dəlildir.