Su altındakı gizli sığınacaqlar – mərcanlar

Mərcanları gördüyünüz zaman rəngli daş yığınları zənn edə bilərsiniz. Lakin bu, belə deyil, mərcanlar canlıdır. Milyardlarla mərcan birlikdə yaşayır, xüsusi sekresiya maddələri ilə bir-birinə bağlanır və beləliklə, bu cür daşa bənzəyən formanı meydana gətirirlər. Mərcanlar öldükdən sonra daşlaşır və müəyyən zaman ərzində bu qalıqlar bir çox canlıların birlikdə yaşadığı mərcan yuvalarına çevrilir. 
Burada yaşayan balıqların hər birinin özünəməxsus xüsusiyyətləri var. Məsələn, mələk balığı kimi gündüz ov edən balıqlar günəş batarkən mərcan qayalıqlarının gizli yerlərində və yarıqların içərisində gizlənirlər.
Süngərlər, mərcanlar və yumurtlayan bəzi balıq növləri də ölü mərcan qalıqlarında yaşayan canlılardır. Həmçinin kiçik xərçənglər və ilbizlər də mikroskopik bitki və heyvanlarla qidalanmaq üçün mərcan qayalıqlarına doğru çıxırlar. Mərcan qalıqlarında yaşayan köpək balıqları və ilan balığı kimi balıqlar isə qaranlıqda qida tapmaq üçün güclü qoxu duyğularından istifadə edirlər.
Allahın dənizin dərinliklərində yaratdığı növbənöv canlılar və onların bənzərsiz xüsusiyyətləri bizə Rəbbimizin sonsuz yaratma gücünü və elmini göstərir. “Nəhl” surəsinin 13 və 14-cü ayəsində Allah yaratdığı canlılardan nümunələr verir və insanların bunlara şükür etməli olduğunu Allah belə bildirir:
Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi). Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır. O, dənizi də xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. (Bunlar Allahın) lütfündən axtarıb tapmağınız və şükür etməyiniz üçündür. (Nəhl surəsi, 13-14)Mərcanları gördüyünüz zaman rəngli daş yığınları zənn edə bilərsiniz. Lakin bu, belə deyil, mərcanlar canlıdır. Milyardlarla mərcan birlikdə yaşayır, xüsusi sekresiya maddələri ilə bir-birinə bağlanır və beləliklə, bu cür daşa bənzəyən formanı meydana gətirirlər. Mərcanlar öldükdən sonra daşlaşır və müəyyən zaman ərzində bu qalıqlar bir çox canlıların birlikdə yaşadığı mərcan yuvalarına çevrilir. 

Burada yaşayan balıqların hər birinin özünəməxsus xüsusiyyətləri var. Məsələn, mələk balığı kimi gündüz ov edən balıqlar günəş batarkən mərcan qayalıqlarının gizli yerlərində və yarıqların içərisində gizlənirlər.
Süngərlər, mərcanlar və yumurtlayan bəzi balıq növləri də ölü mərcan qalıqlarında yaşayan canlılardır. Həmçinin kiçik xərçənglər və ilbizlər də mikroskopik bitki və heyvanlarla qidalanmaq üçün mərcan qayalıqlarına doğru çıxırlar. Mərcan qalıqlarında yaşayan köpək balıqları və ilan balığı kimi balıqlar isə qaranlıqda qida tapmaq üçün güclü qoxu duyğularından istifadə edirlər.
Allahın dənizin dərinliklərində yaratdığı növbənöv canlılar və onların bənzərsiz xüsusiyyətləri bizə Rəbbimizin sonsuz yaratma gücünü və elmini göstərir. “Nəhl” surəsinin 13 və 14-cü ayəsində Allah yaratdığı canlılardan nümunələr verir və insanların bunlara şükür etməli olduğunu Allah belə bildirir:


Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi). Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır. O, dənizi də xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. (Bunlar Allahın) lütfündən axtarıb tapmağınız və şükür etməyiniz üçündür. (Nəhl surəsi, 13-14)