Hz. Mehdi (ə.s)-ın tələbələrinin üstün xüsusiyyətləri
və Əshabı Suffa ilə bənzərlikləri
1-ci hissə
Əshabı Suffa
Onlar bütün vaxtlarını yalnız Allah rizası üçün keçirdirlər
Davamlı Quran öyrəndilər və Peyğəmbərimiz (s.ə.v)-in dərslərini dinləyərək yetişdilər.
Peyğəmbərimiz (s.ə.v) onların təhsiliylə yaxından maraqlandı.
Dünya işləriylə maraqlanmadılar, ticarətlə məşğul olmadılar.
Evlənmədilər, tayfa və qohumları yox idi.
Sayları az idi.
Müsəlman olan qəbilələrə Quranı və Sünnəni öyrətmək üçün səyahət etdilər.
Mədəniyyət ordusu olaraq bilinirdilər
Onlar bütün həyatlarını Allah yolunda sərf etdilər.
Axırzamanın Əshabı Suffaları da hz. Mehdi (ə.s.)-ın tələbələridir.
"Əshabı Suffa" Məscidi Nəbəvinin şimal qisminə sonradan əlavə olunan Suffa adlı hissədə qalan gənclərdən ibarət yaranan səhabə birliyinə verilən addır. Hz. Mehdi (ə.s)-ın tələbələri də bir çox xüsusiyyətləri ilə bu mübarək insanlara bənzəyirlər. Hədislərdə hz. Mehdi (ə.s)-ın tələbələrinin Əshabı Suffaya bənzəyən əxlaqları, imanları, Uca Allaha və hz. Mehdi (ə.s)-a olan bağlılıqları və itaətləri təriflənmişdir.
ADNAN OKTAR: Məhz hz. Mehdi (ə.s)-ın da bir Əshabı Suffası var. Kiçik bir gənc birliyi davamlı hz. Mehdi (ə.s) ilə birgə hərəkət edirlər. Onlar da ailələrindən ayrılırlar, eynilə Peyğəmbər əfəndimiz (s.ə.v.) zamanında olduğu kimi Allah üçün birlikdə bir səy içindədirlər, inşaAllah. (10 Oktyabr 2010, Kanal Avropa və Çay TV)
Hədislərdə bildirildiyinə görə:
Hz. Mehdi (ə.s)-ın tələbələri gecələri abid, gündüzləri aslandırlar.
Gecələri elm izah edib, dərs keçərlər, gündüzləri də aslan kimi elmi mübarizə içindədirlər.
Darvinizm və materializm kimi küfr qalalarını fikirlə yerindən sökərlər.
Allah yolunda cəsurdurlar, bilgilidirlər, təvəkküllüdürlər.
Səbir onların başlıca xüsusiyyətidir; tələsik etməz, səbirlə Quran əxlaqının bütün dünyada hakim olması üçün var gücləriylə elmlə mübarizə edərlər.
Təvəkkül onların imanlarının ən böyük güc qaynağıdır.
Uca Allaha tam bir təslimiyyətlə təslim olarlar.
Təhlükə vəziyyətində narahat olmaz "xeyir vardır" deyərlər.
İndi Axırzamanın mübarək şəxslərinin, hz. Mehdi (ə.s)-ın tələbələrinin xüsusiyyətlərini hədislər əsasında araşdıraq.
Hz. Mehdi (ə.s)-ın tələbələri Əshabı Suffa kimi gənclərdən meydana gələcək
Hədisdə hz. Mehdi (ə.s)-a gənclərin köməkçi olacağı bildirilir.
Qaim (hz. Mehdi (ə.s)-ın) səhabələri gəncdir və içlərində yaşlı yoxdur. (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh.374)
Tarixdə bir çox peyğəmbərin köməkçiləri gənclər olmuşdur. Allah Yunus surəsinin 83-cü ayəsində bu şəkildə bildirir:
Digər hədislərdə də hz. Mehdi (ə.s)-a gənclərin köməkçi olacağı belə bildirilir: Hz. Mehdi (ə.s)-ın köməkçilərinin çoxu gənclərdən meydana gələcək. Aralarında az sayda yaşlı olacaq. (Bihar-ül Envar, Cild: 52, səhifə: 334)
Hz. Mehdi (ə.s)-ın ətrafında gənclərin olacağına işarə edən digər bir hədis isə bu şəkildədir:
Hz. Mehdi (ə.s)-ın bayraqdarı, saqqalı yüngül, rəngi sarı, kiçik bir gənc olacaq. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 51)
ADNAN OKTAR: ... Mehdi (ə.s.) tələbələri gənclərdən təşkil olunur. Səhabələri Kəhf gənclərdən meydana gəlir. Hz. Musa (ə.s.)-ın tələbələri gənclərdən meydana gəlir. Gənclər daha az ruhən yorğunlaşmışdır. Yaş irəlilədikcə bir az qatılıq meydana gələr. Yaşlaşan bir insanın dönməsi daha çətindir. Amma gənc, günahın bataqlığına çox da girməmişdir. Daha məzlumdur. Daha ideal gözü ilə baxar. Daha idealistdir. Allah fitrət olaraq belə yaratmışdır. O səbəblə də, Allah onlarda belə bir nemət meydana gətirir, inşaAllah...