Dəniz tısbağaları (caretta caretta) ildə 3-4 dəfə təqribən 100 yumurta qoyur və bu yumurtaları quma basdırırlar. Yumurtalar 2 ay ərzində yavaş-yavaş çatlayır və yumurtadan çıxan balalar qidalanmaq üçün dənizə doğru hərəkət edirlər. Heç biri sahildə başqa səmtə doğru gedib yolunu azmır. Hamısı birbaşa dənizə üz tutur, çünki ulduzlar və ay dənizi quruya nisbətən daha parlaq edir.
Yumurtadan çıxanda heç kim onlara nə edəcəklərini öyrətmir. Buna baxmayaraq, kiçik dəniz tısbağalarının bu şüurlu davranışı onlara Allah tərəfindən ilham edildiyini açıq şəkildə göstərir.