Balıqlar suda necə yaşayır?

Balıqların suda nə qədər cəld və sürətli hərəkət etdiklərinə hamınız şahid olubsunuz. Suda bu qədər rahat üzmələri onurğalarının çox elastik olması və bədənlərindəki bəzi xüsusiyyətlər sayəsində mümkündür.
Balıqlar üzərkən böyük miqdarda enerji sərf edirlər. Bu enerji onlar yüksək sürətlə üzərkən yaranmır, çünki balıqlar hərəkətsiz də yenə sürət toplamaq üçün bu qədər enerjiyə ehtiyac duyur. Balığın sürətli üzməsini təmin edən onurğasının və əzələlərinin özünəməxsus quruluşudur. 
Onurğa balığın bədəninin müvazinətini təmin edir, həmçinin üzgəc və əzələlərinin də onurğaya bitişməsində böyük rol oynayır. Əgər belə olmasaydı, balıqların suda hərəkət etməsi qeyri-mümkün olardı. Təbii ki, təkcə mürəkkəb bir onurğaya sahib olmaq bir balığın üzməsi üçün kifayət deyil, çünki balıq suda yalnız irəli-geri deyil, eyni zamanda, aşağı-yuxarı da hərəkət edir. O, bu tip hərəkətləri xüsusi bir sistem vasitəsilə həyata keçirir. Balığın bədənində hava kisələri vardır. Balıq bu kisələri hava ilə dolduraraq asanlıqla suyun dibinə enə, içərisindəki havanı çıxardaraq isə suyun səthinə qalxa bilir.
Yaxşı, bunu heç düşündünüzmü: daima suda olmasına baxmayaraq necə olur ki, su balıqlara heç bir zərər vurmur? Suyun içində bir qədər qalanda dərimiz qıcıqlanır; bir az çox qalanda isə zərər görməyə başlayır. 
Halbuki balıqlarda belə bir hal baş vermir, çünki balıqların üst dərisində suyun bədənə girməsinə mane olan sərt parlaq təbəqə vardır. Əgər bu təbəqə olmasaydı, balığın bədəni zərər görər, hətta suyun daxilə nüfuz etməsi səbəbindən müvazinətini itirib ölərdi. Yer üzündəki bütün balıq növləri bu xüsusiyyətlərin hamısına əskiksiz olaraq sahibdir. Balıqlar milyon illərdir ki, heç bir dəyişikliyə məruz qalmadan eyni mükəmməl bədən quruluşuna sahib olaraq yaşayırlar. Milyonlarla il öncə yaşamış balıq fosilləri də onların təkamül keçirmədiyini və balıqların bir anda ortaya çıxdığını sübut edir. Yəni onlar üstün bir Ağıl tərəfindən yaradılmışlar. Balıqların sahib olduğu bütün xüsusiyyətləri onlara verən, kainatdakı hər şeyi yaradan Allahdır. Allah bütün canlıların ehtiyacından xəbərdardır.


Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, bağışlayandır. (İsra surəsi, 44)