Allah'ın əmri - Dərin düşünmək

Düşünmək Allah’ın əmridir


Uca Rəbbimiz Quranın bir çox ayəsində insanları düşünməyə dəvət etmişdir. Düşünmək, xüsusilə, “dərin düşünmək” insanın, aləmləri yoxdan var edən, sonsuz güc sahibi uca Allah’ı təqdir edə bilmə gücünü, qavrayışını dolayısilə Allah qorxusunu və Allah’a olan yaxınlığını artıran ən mühüm vasitələrdən biridir.


Allah Quranın bir neçə ayəsində “düşünüb ibrət götürməyəcəksinizmi?” (Nəhl surəsi, 17) “düşünən insanlar üçün dəlillər vardır” (Bəqərə surəsi, 164) ifadələri ilə düşünməyin əhəmiyyətini xəbər vermiş və üzərində düşünməyimiz üçün bir çox dəlillər yaratmışdır.Gördüyümüz, ətrafımızda olan hər şey Allah’ın təcəllisidir.Bu səbəbdən göylərdə, yerdə və bunların arasında var olan hər şey insanın düşünməsi üçün mühüm vasitədir. Bir ayədə belə buyrulur:


Allah onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və başqa meyvələrin hamısından yetişdirir.Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır.(Nəhl surəsi, 11)


İnsanlar hər gün bir çox mövzu haqqında düşünürlər.Ancaq bu düşüncələrin böyük bir qismi axirətləri üçün faydalı olmayacaq, “boş və gərəksiz”, insan üçün heç bir nəticəsi olmayan, insana heç bir şey qazandırmayan yararsız düşüncələrdir. Halbuki önəmli olan insanın həyatının hər anında hadisələrin səbəblərini, hikmətlərini araşdıraraq dərin düşünməsidir.


“Dərin” düşünməyi bacaran bir insan,hər hansı bir meyvə, məsələn, bir portağal yeyərkən belə bu meyvə haqqında təfəkkür edər; portağalın quru bir torpaqdan bu qədər ləzzətli və sulu bir meyvə olaraq, həm də dilimlənmiş bir şəkildə çıxdığını, insanın ehtiyac duyduğu vitaminlərlə zəngin olduğunu və xüsusilə insanların bu vitaminlərə ehtiyac duyduğu qış fəslində yetişdiyini düşünər. Bu şəkildə dərin düşünən bir momin ətrafındakı hər incəlikdə Allah’ın qüdrətini və sənətini görər, O’nu zikr edər və özünü Allah’a yaxınlaşdıracaq yollar axtarar.Möminlərin bu xüsusiyyətləri Quranda belə xəbər verilir:


O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah’ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən.Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 191)