Gerçək həyatın məkanı: Axirət

Quranda axirət həyatının gerçək həyat olaraq bildirilməsi bütün insanların üzərində düşünüb nəticə çıxarmalı olduğu mövzudur. Qurandakı bu ifadə dünyada gerçək bildiyimiz hər şeyin zənn ediləndən daha fərqli olduğunu ortaya qoyur. Yaşadığımız həyat, insanların ömür boyu ardınca qaçdığı dəyərlər, əldə etməyə çalışdığı bütün gözəlliklər axirətlə müqayisədə saxtadır. Belə ki, dünya Allahın rizasını axtarmayan insanlar üçün saxta mətalarla - saxta dostluq, sevgi və həvəslərlə və s. doludur. Möminlər isə dünyada Cənnəti ümid etməyin xoşbəxtliyini yaşayırlar. Axirətdə isə sevinc və xoşbəxtlik kimi hisslərin əsli ilə mükafatlandırılacaqlar.

O halda, insan özünə bu sualları verməlidir: əgər bu dünyada bütün yaşadıqlarım saxtadırsa və bunların əsli ilə yalnız axirətdə qarşılaşacağamsa, nə üçün müvəqqəti və aldadıcı olanlarla kifayətlənib sonsuz və gerçək olanları itirim? Nə üçün əbədi gözəlliklər üçün cəhd etməyim?

İnsan səmimi şəkildə bu sualları özünə verib, səmimiyyətlə bunları cavablandırsa, doğru olan üçün cəhd edər və həm dünyada, həm də axirətdə xoşbəxt olar. Ağılla düşünən insan bu suallara, əlbəttə: “Bu dünyada əsas məqsədim Allahın rizasını qazanmaq və axirətdə sonsuzadək davam edən gerçək həyatım üçün cəhd etmək olmalıdır”, -deyə cavab verər. 

Həmçinin hər insan Quranda bildirilən və elçinin qövmünə verdiyi sualı özünə verməlidir:


Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız (Allaha) ibadət etməyim? (Yasin surəsi, 22)


İnsanlar sonda Allaha qayıdacaq və axirətdə hər şeyin əslini görəcəklər. Buna görə də insan Quranda əsl həyat olduğu bildirilən axirəti səmimi şəkildə düşünməli, sonsuz rəhməti və lütfü ilə insanlara belə böyük nemət bəxş edən Rəbbimizə şükür edib Quran əxlaqını yaşamalıdır.